Mitsubishi Motors Azərbaycan
Yeni Mitsubishi Outlander
Valehedici lüks! O, görkəmlidir. Dinamik dizayn, güclü idarəetmə və valehedici lüks sayəsində formanı funksionallıqla tamamilə yeni şəkildə birləşdirir. O, sənət əsəri kimidir və özünəməxsus tərzə malikdir, amma eyni zamanda güclüdür və zövqlü idarəetmə vəd edir. Onun sükanı arxasında olmaqdan qürur duyacaqsınız və yolunuz hara olur-olsun həmişə ona arxalana biləcəksiniz.
Əsas xüsusiyyətləri
Tam ötürücülü sistem
Outlander 2023 təkcə üzdən gözəl deyil. Yeni təkmilləşdirilmiş şassi böyük təəssürat və arxayınlıq hissi verən stabillik yaradır, ən son Mitsubishi S-AWC texnologiyası isə iki yeni idarəetmə rejimi ilə təmin olunub. Beləliklə ümumilikdə altı idarəetmə rejimi sayəsində istənilən şəraitdə inamla sürə bilərsiniz. Müxtəlif yol şərtlərinə uyğun rejimlər arasında asanlıqla seçim etməyə imkan verən İdarəetmə Rejimlərinin Selektoru ilə optimal idarəetmə qabiliyyətinə nail olun. Bu avtomobil idarəetmə zövqü anlayışını yenidən təyin edir, şərtilikləri qırıb yeni yerləri kəşfə çıxmaq üçün sizə cəsarət verir.
S-AWC VƏ İDARƏETMƏ REJİMLƏRİNİN SELEKTORU
Outlander 2023-ün avtomobil yarışları əsasında inkişaf etdirilmiş ən son Super All Wheel Control texnologiyası fırlanma anına cəld reaksiya verən birbaşa birləşməyə malikdir və altı mövcud idarəetmə rejimi ilə tam inteqrasiya olunub. Mitsubishi-nin 4WD rejimi, All-Wheel Control (AWC) üçün mövcu olan yeni MUD rejimi ilə demək olar ki, istənilən şəraitdə arxayınlıqla sürə bilərsiniz.
4-Silindirli mühərrik
Rəqabətdə öndə olun Outlander-in 4-silindrli mühərriki daha yaxşı göstəricilər və fırlanma anı, yanacaq qənaəti və mümkün olan ən yüksək səviyyədə təmiz emissiya əldə etmək üçün yenidən işlənib hazırlanmışdır. Outlander-in mühərriki birbaşa inyeksiyadan istifadə, elektriklə idarə olunan klapan zamanlamasına nəzarət (VVT) sistemi, soyudulmuş işlənmiş qazın təkrar dövriyyəsi (EGR) və silindr dəliyinin güzgü örtüyü kimi ən son texnologiyaları özündə birləşdirərək yanacaq qənaətini sürətləndirmə performansı ilə balanslaşdırır.
Asqı
İpək kimi hamar, alüminium kimi yüngül Outlander-in yeni təkmilləşdirilmiş asqısı yüngülçəkili və yüksək sərtlikdə alüminium komponentlərə, içiboş stabilizasiya millərinə və anti-vibrasiya dəstəyinə malikdir. Bildiyimiz rəvan sürüş indi daha rəvan, sakit və komfortludur.
Rəng seçimi
Eksteryer
Outlander-in dinamik ön hissəsi və qüvvətli duruşu müdafiə və möhkəmlik hissi ötürür. Müasir proporsiyalar və güclü horizontal elementlər cəsarətli və görkəmli görünüş yaradır. Gözalıcı 20" təkərlərlə təmin olunmuş Outlander-in biçimli yan tərəfləri və yonulmuş korpusu bir baxanı bir daha baxmağa vadar edir. Eleqant və dəbli Outlander-in reaktiv quyruq hissəsi, axıcı damı və maili arxa konturları Mitsubishi-nin yarış avtomobillərindən qalan mirasını əks etdirir. Eleqant və dəbli Outlander-in reaktiv quyruq hissəsi, axıcı damı və maili arxa konturları Mitsubishi-nin yarış avtomobillərindən qalan mirasını əks etdirir. Mövcud rənglərdən biri də Red Diamond-dur. Dərin, dolğun rəng Outlander-ə unikal görünüş verir, onun xrom detallarını önə çıxarır.
Eksteryer detalları
Həqiqətən sevəcəyiniz dizayn
Outlander 2023-ün dinamik redizayn edilmiş eksteryeri həm qoruyucu, həm də sarsıdıcı təəssürat bağışlayır. Dinamik kuzov ətrafa arxayınlıq saçır. Rəvan dam cizgisinin müasir və nəfis görünüşünü danmaq olmaz.
20" təkərlər
Dayanmadan irəlilə Yüksəksəviyyəli, geniş diametrli 20'' təkərlər Outlander-in təsirli duruşunu daha da möhkəmləndirir.
Gələcək parlaq görünür
LED faralar strateji olaraq həm yuxarıda, həm də aşağıda yerləşdirilib ki, digər sürücülər tərəfindən görülməni yaxşılaşdırsın və uzun məsafələrdə daha yaxşı işıqlanma təklif etsin. Üstəlik T-şəkilli kənarlı yüksək stabilliyə malik arxa faralar Outlander-in genişliyini və fərqli duruşunu vurğulayır.
Tənzimlənən yük yeri
Yük məsələsi həll olunub. Outlander təkcə 33.5 kub fut həcmində yük yeri təklif etmir, baqaj qapısının genişləndirilmiş çərçivəsi yükləri yığıb-boşaltmağı daha da asanlaşdırır, məkanın özü isə tənzimlənə bildiyi üçün yükünüzü istədiyiniz kimi yerləşdirə bilirsiniz.
İnteryer
Detallar fərq yaradır,
Outlander-in interyeri “yapon qonaqpərvərliyi” Omotenaşi əsasında yaradılıb. Outlander 2023 sübut edir ki, əsl lüks milyonlarla kiçik toxunuşun, düymələr və sferblatlar kimi kiçik detallara belə diqqət yetirməyin, sükanın, interyer işıqlandırılmasının, displeyin idarəetmə elementlərinin və hətta saxlama komponentlərinin düşüncəli dizaynının nəticəsidir.
Mitsubishi-nin detallara necə diqqət yetirdiyini qapı örtüyünün nəfis almazşəkilli tikişli teksturunda aydın görmək mümkündür.
Oturacaqların elektriklə tənzimlənən 8 unikal konfiqurasiyası və yaddaş funksiyası hər sürücü, güzgülər, rəqəmsal klaster tənzimləmələri ilə əlaqəlidir. Dəri və ya yarımanilin dəri örtük materialı isə bütün sürücülərin bədəninə uyğunlaşır.
Ötürücü qolu, idarəetmə rejimlərinin selektoru, stəkan altlıqları – bir sözlə sizə lazım olan hər şey əlinizin altındadır.
İnteryer detalları
Elektriklə tənzimlənən panorama lyuk
Ulduzlara toxunun Daha yaxşı görüntü deyəndə təkcə önü və arxanı nəzərdə tutmuruq; Outlander 2023-ün daha geniş panorama lyuku ucsuz-bucaqsız səma və hüdudsuzluq hissi yaradır.
11 srs təhlükəsizlik yastıqları
Ən çox ehtiyacınız olan anda ekstra-təhlükəsizlik On standart təhlükəsizlik yastığına – ön, sürücünün yan paneli və yan pərdə təhlükəsizlik yastıqları daxil olmaqla - əlavə olaraq Outlander-də on birinci yastıq da var. Bu sürücü oturacağına quraşdırılmış ön-mərkəzi təhlükəsizlik yastığı sizə hər səfərdə əlavə arxayınlıq verəcək.
3-zonalı klimat-kontrol
Qat-qat geyinməyə ehtiyac yoxdur Artıq mükəmməl temperatur üstündə mübahisələr keçmişdə qalıb. 3-zonalı klimat-kontrol sürücüyə, öndəki və arxadakı sərnişinlərə temperaturu ayrı-ayrılıqda öz istəklərinə uyğun tənzimləmək imkanı verir.
Mərkəzi displеy və rəqəmsal sürücü displеyi
Bir sürücü, iki ekran, limitsiz informasiya İnformasiya sözün hərfi mənasında barmağınızın ucundadır. 12.3" tam rəqəmsal sürücü displeyi Outlander-inizin vəziyyəti ilə bağlı informasiyanın anbaan yenilənməsini təmin edir, yüksək həllə malik displey əyləncə seçimlərini, S-AWC məlumatlarını və daha çoxunu əks etdirəcək şəkildə tənzimlənə bilir.
Avtomobildaxili əyləncə
Ən böyük lüks əyləncədir Kinoteatrdan geri qalmayan quraşdırılmış səs sistemi sayəsində Android Auto və AppleCarPlay əyləncə üçün əla vasitəyə çevrilir.
12.3" rəqəmsal sürücü displeyi
Tam TFT, 12.3" sürücü displeyi Outlander barədə informasiyaya anlaşılan animasiya vasitəsilə dərhal və intuitiv şəkildə çatmaq imkanı verir, məlumatları birbaşa sürücünün gözü önünə sərir.
Hər səfərdə sakitlik və komfort
Təkmilləşdirilmiş komforta və yüksəksəviyyəli keyfiyyətə malik salon - Outlander-i digərlərindən fərqləndirən budur. Mitsubishi-dən gözlədiyiniz inkişaf etmiş performans, təhlükəsizlik və texnologiyalar artıq 7 insana və planlaşdırdığınız bütün macəralara xidmət etməyə hazırdır.
Gələcək parlaq görünür
LED faralar strateji olaraq həm yuxarıda, həm də aşağıda yerləşdirilib ki, digər sürücülər tərəfindən görülməni yaxşılaşdırsın və uzun məsafələrdə daha yaxşı işıqlanma təklif etsin. Üstəlik T-şəkilli kənarlı yüksək stabilliyə malik arxa faralar Outlander-in genişliyini və fərqli duruşunu vurğulayır.
Üçüncü sırada, heç kim kənarda qalmasın
Yeddi nəfər yığışıb şənliyə gedirsiniz? Heç bir problem yoxdur. Outlander 2023 adi yeddi yerlik avtomobil deyil, onun klimat-kontrol, vibrasiyanın azadılması və arxa oturacaqların isidilməsi kimi funksiyaları sayəsində heç kim yoldan bezib “Bəs çatmırıq?” deməyəcək.
Oturacaqlar və yük yeri
Hamı üçün lüks oturacaqlar. Əsas fərq yaradan Outlander 2023-ün xırdalıqlarına qədər düşünülmüş interyer detallarıdır. Hər bir sürücüyə uyğunlaşan elektriklə tənzimlənən oturacaqlar, rəqəmsal alətlər paneli tənzimləmələri və güzgü vəziyyəti seçimləri ilə özünüzə ən rahat olan şəraiti yaradın.