YENI MITSUBISHI PAJERO SPORT

Unikal və fərqli bir konstruksiyanın ehtiva etdiyi yola hakim olmaqla uğurlarınızın sayını artırın.

/// Əsas xüsusiyyətləri

Kuzovun çərçivə konstruksiyası

“Mitsubishi Pajero Sport” əsl yolsuzluq avtomobillərinin köhnə ənənənəsi üzrə, istənilən istismar şəraitində avtomobilə inanılmaz möhkəmlik nümayiş etdirməyə imkan verən möhkəm polad lonjeron çərçivə üzərində qurulmuşdur.

YUMŞAQ YASTIQLARLA TƏCHİZ EDİLMİŞ ÖN KONSOL

Mərkəzi konsolda və qapı panellərində yumşaq yastıqlarla işləmələr, eləcə də dizlər üçün əlavə yer sürücünün rahatlığını optimallaşdırır. Rahatlığızı daha da artırmaq üçün konsolun altına saxlama yeri əlavə edilmişdir.

PREMİUM ÜSLUBLU VƏ YÜKSƏK KEYFİYYƏTLİ İNTERYER

Yeni Mitsubishi Pajero Sportun ön və mərkəzi konsolunun konstruksiyası interyerə ən geniş imkan yaradır, belə ki siz hər səyahətdə özünüzü daha rahat hiss edəcəksiniz.

4WD II SUPER SELECT

“Mitsubishi”nin xususi texnologiyası sürüşkən yollarda təhlükəsizliyi artırmaq üçün bütün təkərlərin daimə idarə edilməsində (Full-time All wheel Control) 2H və 4H rejimləri arasında dəyişmək imkanına malik olmaqla hətta yolsuzluq (off-road) şəraitində xidmət göstərməyə hazırdır. Bununla yanaşı, 4HLc və ya 4LLc də Yolsuzluq şəraitində xidmət göstərməyə qadirdir.

/// Eksteryer

Güclü performansı qoruyub saxlamaqla “Mitsubishi”nin həm piyadaları, həm də nəqliyyat vasitələrini qorumaq funksiyasının unikallığını ifadə edən mükəmməl qoruyucu şit dizaynının konsepsiyası avtomobilə daha atletik və enerjili bir görünüş verir.

/// EKSTERYER

UNİKAL KONSTRUKSİYA VƏ ZƏRİF İDMAN ÜSLUBLU
Güclü performansı qoruyub saxlamaqla “Mitsubishi”nin həm piyadaları, həm də nəqliyyat vasitələrini qorumaq funksiyasının unikallığını ifadə edən mükəmməl qoruyucu şit dizaynının konsepsiyası avtomobilə daha atletik və enerjili bir görünüş verir.
AVTOMATİK TƏNZİMLƏMƏ SİSTEMİ VƏ FƏNƏRLƏR TOPLUSUNA MALİK Bi-LED PROJEKTORLU ÖN FARALAR
Göz oxşayan Bi-LED projektorlu ön faralar gündüz işləyən LED spektrli işıqlara malik avtomatik korreksiya sistemi özəlliyinə malikdir. Bu kombinasiyaya həm dönmə işıqları, tamamlayıcı LED dönmə lampaları və duman əleyhinə LED ön fənərləri daxildir.
ƏL TƏMASI OLMADAN ELEKTRİKLƏ İDARƏ OLUNAN ARXA BAQAJ QAPISI
Elektriklə idarə olunan arxa baqaj qapısı əl ilə təmas olmadan açarsız idarəetmə sistemi (KOS) vasitəsilə daha rahat işləmə funksiyasına malikdir. Bununla yanaşı, smartfonunuzdakı Mitsubishi Uzaqdan İdarəetmə Pultu vasitəsilə kilidlənmə və ya açılma funksiyalarını əvvəlcədən tənzimləyə bilərsiniz.
LED ARXA İŞIQLARI
Bənzərsiz konstruksiya edilmiş LED bufer işıqları unikallığınızı əks etdirir.
2-ÇALARLI YÜNGÜL LEHİMLİ DİSKLƏR
2-çalarlı 18" ölçülü yüngül lehimli disklər səyahət zamanı idman üslubunuzu və rahatlığınızı gücləndirir.
Kuzov rəng seçimi

/// İnteryer

Yeni Mitsubishi Pajero Sportun geniş interyeri maksimum rahatlığı təmin etmək üçün hər bir detala diqqətlə fikir verməklə konstruksiya edilmiş və hərtərəfli müasir özəlliklərlə təchiz edilmişdir.

/// MITSUBISHI PAJERO SPORT-un yeni obrazı

MULTİ İNFORMASİYA VƏ RƏNGLİ LCD EKRANI (8 düym)
Yürüşlə əlaqəli məlumatları əks etdirən 8 düym ölçüdə olan rəngli LCD displeyi üç ekran rejiminə malikdir və hər biri bir baxışda müxtəlif məlumatları əks etdirir. Smartfon bağlantısına malik Displey Audio (SDA) texnologiyası bu zaman ərzində diqqətinizi yola cəmləşdirməyə imkan verir. Sürücünün ehtiyacına və ya seçim üstünlüyünə uyğun olan displey rejimini seçmək mümkündür.
ANDROID AUTO /APPLE CARPLAY
ANDROID AUTO / Apple CarPlay* vasitəsilə yeni Mitsubishi Pajero Sport cihazının bir çox imkanlardan istifadə etməyə imkan verir. Sadəcə telefonuzu qoşun və zəng etmək, zənglərə cavab vermək, mesaj göndərmək və oxumaq, sevdiyiniz nəğmələrə dinləməyə malik olacaqsınız.  
İKİ ZONALI AVTOMAT KONDİSİONERİ
Avtomat kondisioner sizə sol və sağ hava çixişlardan temperaturu ayrı-ayrılıqda tənzimləmək imkanı verir. O, qabaqcıl nanoeTM texnologiyasından istifadə etməklə havanı təmizləyən, dərinizi nəmli saxlayan və səyahət boyunca təravətləndirici xəfif meh verən nano su hissəcikləri yaradır.
8 PİLLƏLİ AVTOMAT TRANSMİSSİYA
Ən səlis transmissiya üçün 8 Pilləli Avtomat Transmissiya texnologiyası və elektrikli sürət ötürücü dəyişdirmə texnologiyası. Mühərrikin üzərinə düşən yükü azaltmaq, yanacağa qənaət etmək və istismar ömrünü artırmaq üçün nəqliyyat vasitəsini dayandırdıqda və ya "D" transmissiyasında əyləcin üzərinə ayağınızı qoymaqla İNC sistemi avtomatlaşdırılmış mühərrik valına nəzarət edir və enerjini dayandırır. G-Sensoru yamaclarda transmissiya dəyişikliklərinin dəqiqliyini artırmağa kömək edir.
MITSUBİSHİ REMOTE CONTROL
Bu funksiya nəqliyyat vasitəniz haqqında smartfon vasitəsilə məlumat verir. Siz həm də onu bir neçə kliklə məsafədən idarə edə biləcəksiniz Baqaj qapısını smartfonunuzla avtomatik açmaq, bağlamaq və ya kilidləmək funksiyalarını proqramlaşdırın (20 dəqiqə ərzində). Avtomobilinizi tərk edərkən qapıları kilidləmək, işıqları və ön faraları söndürmək kimi unutduğunuz əməliyyatlar barədə smartfonunuz sizi xəbərdar edə bilər. Digər əməliyyatlarla yanaşı, siz həm də ön faraların, qəza işıqlarının yanaraq qalması və ya söndürülməsi barədə məlumat əldə edə bilərsiniz. Qəza işıqlarının söndürmək və qapıları kilidləmək kimi müəyyən funksiyaları hətta smartfonunuzdan idarə edə bilərsiniz (qapılar tam bağlanmaq şərtilə). Verilən məlumatlara yanacağa qənaət, qət edilmiş məsafə və nəqliyyat vasitəsinin istifadə tarixçəsi daxildir.  

/// Təhlükəsizlik

“OFF ROAD” REJİMİ
Yolsuzluq səyahəti zamanı GRAVEL, MUD/SNOW, SAND və ya ROCK* tənzimləməsini seçməklə çəkmə gücünü yaxşılaşdırın. Multi-məlumat displeyində müvafiq rejim əks olunana qədər YOLSUZLUQ REJİMİNİ basmağa davam edin. Mühərrik çıxışı, transmissiya tənzimləmələri və əyləc müvafiq olaraq performasın optimallaşdırılması üçün uyğunlaşdırılmışdır.
* ROCK rejimi yalnız 4LLc tənzimləmələrində mümkündür.
Qeyd: “OFF ROAD” rejimi 4HLc və 4 LLc tənzimləmələrində mümkündür.
Enişə nəzarət sistemi (HDC)
HDC rejimini seçməklə selector enişə nəzarət sistemini aktivləşdirir ki, bu da öz növbəsində sizin 2 ~ 20km/s sürətlə enişdə hərəkətiniz zamanı sürətinizi sabit saxlamaq məqsədilə avtomatik olaraq əyləcləri işə salır. Bu, sizə diqqətinizi idarəetməyə cəmləməyə və əyləcləri əllə idarə etmədən daha təhlükəsiz şəkildə enişdə hərəkət etməyə imkan verir.
ULTRASONIC MISACCELERATION MITIGATION SİSTEMİ
QƏFİL YANLIŞ SÜRƏTLƏNMƏNİ AZALDAN ULTRASƏS SİSTEM*

Əgər qaz pedalı quvvətlə qəflətən sıxılarsa, Qəfil Yanlış Sürətlənməni Azaldan Ultrasəs Sistem mühərrikin gücünü müvəqqəti kəsəcəkdir. Nəqliyyat vasitəsi "D" və ya "R" transmissiyalarında olduğu zaman bu sistem dörd metr irəlini və arxanı gözdən keçirmək üçün ultrasəs dalğalarından istifadə edib, qaz pedalı güclü şəkildə və qəflətən sıxılarsa, mühərrikin gücünü müvəqqəti kəsəcək və hər hansı toqquşma ehtimalını azaltmaq üçün nəqliyyat vasitəsinin sürəti saatda 10 kilometrə qədər azalacaqdır.

/// Mühərrik

GÜCLÜ VƏ QƏNAƏTLİ DİZEL MÜHƏRRİKİ
2.4 l həcmli, 181 at güclü, 4-silindrli güc aqreqatı tam alüminium konstruksiya, iki ədəd üst paylayıcı val (DOHC), 16 klapan, QPM zəncirli ötürücü, birbaşa yanacaq püskürmə, işlənmiş qazların azaldılmış toksikliyi və öz sinfindəki ən aşağı sıxılma dərəcəsi ilə təchiz edilib.

MODERNİZƏ EDİLMİŞ BENZİN MÜHƏRRİKİ
3,0 V6, 219 at gücündə, AVRO-4 ekoloji sinfi
MİVEC qaz paylanması fazalarının elektron idarəetmə sistemi və hər silindr sırasına bir üst divergensiya ilə (SOHC).

/// Tam ötürücülü transmissya “SUPER SELECT”

Super Select II transmissiya – “Mitsubishi yolsuzluq avtomobillərinin əsas və ən məşhur özəlliyidir. Bu bizim qürurumuz və yolsuzluq avtomibillərimizin əsas üstünlüyüdür ki, onun nəznində digər səbəblərin heç bir anlamı yoxdur. Yeni “Mitsubihi Pajero Sport”-un sahib olduğu Super Select II transmissiya asanlıqla tam ötürücünü və ya 100 km/s-dək sürətdə oxarası bloklamanı qoşmağa imkan verir, eləcə də avtomobili keçilməz yolların əsas sahibinə çevirən aşağı ötürücünün qoşulmasını da mümkün edir.

2H – bu rejim şəhərdə və şəhərkənarı magistralda əlverişli havada hərəkətinə ideal dərəcədə uyğun gəlir və yanacaq sərfiyyatının azalmasına gətirib çıxarır.

4H – dayanmadan qoşulması mümkün olan bu rejimdə 4H, yol səthi ilə yaxşı təmas sayəsində yüksək inam və təhlükəsizlik təmin etməklə, ön və arxa oxlar arasında qeyri-simmetrik qüvvə bölgüsü baş verir. Rejim çətin hava şərtlərində hərəkət, ağır qoşqunun çəkilməsi (dartılması) məqsədilə və yüngül yolsuzluq sahələrinin keçilməsi məqsədilə hazırlanmışdır.

4HLc – Transmissiya selektronun 4HLc rejiminə keçidi oxarası diferensialın kilidlənməsinə gətirib çıxarır, bu rejimdə mühərrikin gücü oxlar arasında 50/50 nisbətində bölünür. Bu rejim sürüşkən və gilli kənd yolları, qar və qum üzərində hərəkət üçün yaradılmışdır.

4LLc – zəif ötürücülü və oxarası kilidlənmiş diferensiallı AWD rejimi, transmissiya selektoru rıçaqının yeri ağır yolsuzluq səhayətinin, dərin qarın və gilli yamacda ağır qoşqunun dartılmasının öhdəsindən gəlmək üçün yaradılmışdır. 4 LLc rejimində kiçik döngələrdə maksimal dönmə momentinin ötürülməsi sayəsində, “Mitsubishi Pajero Sport” ən əlçatmaz yerlərə gedə və yolsuzluq şəraitində ən ağır imtahandan keçə bilər.