Mitsubishi L200 - TƏRZLƏ GÜCÜN TƏMASI
Cəsur cizgilər yenilənmiş Mitsubishi L200-ün xarakterini əla ifadə edir. Dayanıqlı və dinamik ön panellə qorunan korpus həm möhkəmliyi, həm də şıq idman dizaynı ilə fərqlənir. Pikapın funksional və gövdəli struktura malik salonu isə eksteryerin xarakterini tamamlayır. Ayaqlar üçün sinfində lider olan aralıq məsafəsi təklif edən L200 ilə səyahətləriniz çox komfortlu keçəcək. Oturacaqların erqonomik dizaynı və yüksək keyfiyyəti, səs izolyasiyası və vibrasiya boğucu material kimi özəlliklər də rahatlıq üçün ehtiyacınız olan şəraiti yaratmağa xidmət edir. L200-ün yükdaşıma bölməsi isə daha çox yükün öhdəsindən gələ bilmək üçün gücləndirilib.
/// Eksteryer
/// İnteryer
/// Xüsusiyyətlər
/// TEXNİKİ TƏCHİZAT
Super Select 4WD-II MITSUBISHI MOTORS-un yeganə Super Select 4WD-II sistemi dörd seçilə bilən rejimi ilə hər yerdə mükəmməl performans təmin edir, o cümlədən 4H (full-time 4WD) rejimi, nəm səthlərdə belə yüksək sabitlik və quru yollarda mükəmməl döngə performansı təqdim edir.
/// MÜHƏRRİK 4N16
/// TƏHLÜKƏSİZ RISE KUZOVU
Pikap ağır istismar şərtlərinə tab gətirməlidir. Yeni L200 modelində bunun öhdəsindən gələn – yüksək dözümlülüyü və uzunömürlülüyü ilə seçilən güclü lonjeron çərçivədir. Təhlükəsiz RISE kuzovu texnologiyası toqquşma zamanı səmərəli enerji hopdurmasını və yayılmasını təmin edir, kuzovun konstruksiyasında həddən artıq möhkəm poladın istifadəsi isə sərnişinlər üçün kapsul əmələ gətirir və deformasiyalara qarşı yüksək səviyyəli müqaviməti yaradır. Yeni L200 modelinin çərçivəsinin əyirmə sərtliyi, əvvəlki model ilə müqayisədə, 7% artıqdır.
Bu da avtomobilin idarəetmə və dözümlülüyünün təkmilləşməsinə, habelə kuzov titrəyişlərinin azalmasının hesabına salondakı səs-küyün azalmasına və rahatlığın artmasına səbəb oldu.
/// ŞASSİ
Asqının istismar şərtlərinin geniş diapazonuna uyğun əsaslı layihələndirilməsi – hərəkətdə olan zaman minik avtomobilin rahatlığı ilə müqayisə edilə bilən komfortu və öz sinfinin ən mükəmməl dönmə radiusunun sayəsində möhtəşəm manevr qabiliyyətini təmin etdi. Bununla yanaşı, şassi çoxməqsədli pikapın ən vacib xüsusiyyəti hesab edilən zəruri möhkəmliyi, dözümlülüyü və uzunömürlülüyü də qoruyub saxladı.
/// SALONUN TƏCHİZATI
Smartfon bağlantılı və asan görünən displeyə sahib intuitiv və rahat 9 düymlük infotainment sistemi ilə təchiz edilmiş yeni L200 monitoru.
Hətta isti günlərdə belə yaxşılaşdırılmış kondisioner sistemi ilə sərin və rahat olun. Arxa hava dövriyyə sistemi sərnişinlərin rahatlığını təmin edir və onların şəxsi üstünlüklərinə uyğun olaraq hava axınını tənzimləməyə imkan verir.
Yeni 7 düymlük çox məlumatlı displey bütün lazım olan məlumatları qarşınıza qoyur, avtomobilin vəziyyətini bir baxışda asanlıqla başa düşməyinizə imkan verir.