YENİLƏNMİŞ MITSUBISHI OUTLANDER

Mitsubishi model sırasının bestselleri — yenilənmiş Mitsubishi Outlander — daha cəzbedici və əlverişli oldu. Mükəmməl möhkəmliyə, yüksək keyfiyyətə və zamanın sınağından keçmiş texnologiyalara malik model Mitsubishi Motors şirkətinin innovativ texnoloji layihələrini nümayiş edir.

/// YENİLİKLƏR NƏDƏN İBARƏTDİR?

2019-cu model sırasında Mitsubishi Outlanderdə bir sıra vizual və texniki təkmilləşdirmələr aparılmış və bu da onun sahiblərinə avtomobildən yüksək komfort və rahatlıqla istifadə etməyə imkan verəcək.

Hər səfərdə sakitlik və komfort

Avtomobilin arxa hissəsində təkmilləşdirilmiş səs izolyasiyası tətbiq olunmuş və mühərrikin səs səviyyəsi azaldılmışdır və bu, salondakı akustik komfortu artırır. Asqının və sükan idarəetməsinin modernləşdirilmiş tənzimləmələri avtomobilin sürücünün komandalarına cavab reaksiyasının sürətinə, həmçinin sürmə zamanı rahatlıq səviyyəsinə müsbət təsir göstərmişdir.

Yeni oturacaqlar

Yaxşılaşdırılmış yan dəstəklə oturacaqların yeni profili

Əlavə USB giriş

Model ilində USB giriş ön panelə keçirilib, həmçinin arxa sərnişinlər üçün USB giriş əlavə olunub (Mitsubishi Connect olan versiyalarda).

Yenilənmiş dizayn

Krossoverin ön hissəsi Mitsubishi Motors brendinin dizaynının yeni dünya konsepsiyasında tərtib olunub: təkmilləşdirilmiş radiator qəfəsi, bamperin yenilənmiş dizaynı.

Yeni ön optika

Avtomobil öz sələfindən ön faraların ifadəli dizaynı və işıq-diodlu LED-işıqlandırma ilə fərqlənir.

Yeni R18 diskləri

Təkər disklərinin yeni dizaynı avtomobilin eksteryerindəki dəyişikliklərin məntiqi davamıdır.

Arxa sıra oturacaqlar üçün havasoranlar

Mitsubishi Outlander əvvəlki kimi maksimal komfortu təmin edir.

/// EKSTERYER

Yenilənmiş Mitsubishi Outlander Dynamic Shield idman konsepsiyasının dizaynını daha da inkişaf etdirir.

Krossoverin ön hissəsi Mitsubishi Motors brendinin dizaynının yeni dünya konsepsiyasında tərtib olunub: təkmilləşdirilmiş radiator qəfəsi, bamperin yenilənmiş dizaynı. Avtomobil öz sələfindən ön faraların ifadəli dizaynı və işıq-diodlu LED-işıqlandırma, təkər disklərinin modernləşdirilmiş dizaynı ilə fərqlənir, lakin yenə də tanınır.

/// İNTERYER

Avtomobilin salonunun yığcam dizaynı əlverişlilik və rahatlığın əsas xarakteristikaları ilə müəyyən olunur və keyfiyyətli işləmə materialları ilə müasir texnologiyaları özündə birləşdirir. Mitsubishi Motors şirkətinin böyük səyləri salonda səs səviyyəsinin azaldılmasına yönəldilmiş, cihaz paneli və sürücü yerinin erqonomikası isə sürmə zamanı daha diqqətli olmaq imkanı nəzərə alınaraq, artırılmışdır.

Mitsubishi Outlanderin geniş və universal salonunda istənilən səfər xoş səyahətə çevriləcək. Mitsubishi Outlander əvvəlki kimi maksimal komfortu təmin edir və genişliyi ilə sevindirir.

Mitsubishi Outlander — idarəetmənin rahatlığı, funksionallıq, yüksək komfort səviyyəsi və sinfində ən yüksək təhlükəsizlik deməkdir (IIHS versiyasına görə EURO NCAP və Top Safety Pick 2018-də 5 ulduz).

/// Tam ötürücülü sistem

All Wheel Control texnologiyası – idarə olunan güc fəlsəfəsidir.

Mitsubishi Outlander unikal tam ötürücülü All Wheel Control sisteminə malikdir. Bu sistem ayrılıqda hər bir təkərin sərbəst idarə edilməsini və yolsuzluq şəraitində qüsursuz möhkəmliyini təmin edir. Dakar rallisində çoxillik iştirak təcrübəsini təhlil edərkən, biz belə bir nəticəyə gəldik ki, avtomobilin bütün konstruksiyası və onun ayrı-ayrı elementləri istənilən vəziyyətdə maksimum nəzarətin təmin olunmasına yönəldilməlidir. Əsas nəticə ASC-in – dinamik istiqamətin sabitliyi sisteminin, tam ötürücülü transmissiyanın və hər bir təkər üçün unikal sərbəst asqının yaradılması oldu.

Yanacağa yüksək qənaətlilik rejimi

Adi şəraitdə bu rejim fırlanma anının yalnız ön təkərlərə verilməsini təmin edir; təkərlərin yerində fırlanması zamanı isə tam ötürücü istifadə olunur.

Adi rejim

Bu rejim tam ötürücünün quru asfalt, yaş yol, qarla örtülmüş yol və s. müxtəlif şəraitlərdə kifayət qədər istifadəsini təmin edir.

Bu rejim ən çox kələ-kötür yollarda hərəkət üçün yararlıdır

O, həmçinin avtomobilə palçıqdan və ya dərin qar örtüyündən çıxmağa kömək edir. Bu rejim adi yollarda bütün sürətlərdə güclü tam ötürücünün üstünlüklərinin maksimum istifadəsini təmin edir.