Mitsubishi Eclipse Cross

Tamamilə yeni kompakt krossover özündə “kupe”-nin təsiredici xüsusiyyətləri ilə Mitsubishi Motors-un ən yaxşı texnologiyalarını birləşdirir. Parlaq və dinamik olan bu model dünyaya yeni dizayner konsepsiyasını təqdim etməklə yeni nəsil avtomobilləri təcəssüm etdirir.

/// Əsas xüsusiyyətlər

Parlaq dizayn

Effektiv və nəzərə çarpan Eclipse Cross kütlədən seçilir və diqqətinizi ona ayırmağa vadar edir.

Müstəsna komfort

Üslublu və kompakt görünüşü olan Eclipse Cross həm sürücü, həm də sərnişinlər üçün rahat olacaq geniş salona malikdir.

Təhlükəsizlik

Model öz sinfində əla göstəricilər nümayiş etdirərək Euro NCAP versiyası üzrə 5 ulduzlu təhlükəsizlik reytinqinə layiq görülmüşdür.

Mitsubishi Connect

Rahat interfeysli müasir multimedia sistemi qoltuqaltıda iki USB çıxışın birindən və ya Bluetooth-dan istifadə etməklə istənilən mobil cihazı tez və sadə şəkildə qoşmağa imkan verir.

/// EKSTERYER

Eclipse Cross – DYNAMİC SHİELD dizayner konsepsiyasının təkamül təcəssümüdür. Kuzovun kəskin cizgiləri onun xarici görünüşünə dinamiklik verir, ön və arxa qanadların əlavə relyefi isə güc və inamlılıq hissi bağışlayır. Çılğındır, çətinlikləri qəbul etməkdən və öz ambisiyalarının arxasınca getməkdən qorxmayanlar üçün yaradılmışdır.

/// MITSUBISHI ECLIPSE CROSS-UN EKSTERYERİNİN ÖZƏLLİKLƏRİ

4405 mm qabarit ölçüsü ilə avtomobil 2670 mm şin bazasına malikdir, eni isə 1805 mm təşkil edir. Kifayət qədər yüksək mövqeyi istənilən havada hətta ən çətin yolların öhdəsindən rahat və təhlükəsiz şəkildə gəlməyə imkan verir.
Ön faraların parlaq və uzunmüddətli diod işıq (LED) texnologiyası
Diod işıqlı arxa faraların cəsarətli və cəlbedici dizaynı  
Artıq baza işıqlandırması olan orijinal 18 düymlük şin diskləri
Tənzimlənən lyukla təchiz edilmiş böyük panorama tavanı

/// İNTERYER

Komfort hər şeydən üstündür! Geniş, transformasiya oluna bilən salon, keyfiyyətli işləmə materialları və təkmilləşdirilmiş erqonomika – yeni modelin üstünlüklərinin heç də hamısı deyil

/// MITSUBISHI ECLIPSE CROSS-UN
İNTERYERİNİN ÖZƏLLİKLƏRİ

Oturacaqların ikinci cərgəsi 200 mm diapazonunda tənzimlənir. Oturacağın bel hissəsi 40/60 nisbətində qatlanır və 16-32° əyilir. Bu isə yük yerinin istəyə uyğun olaraq artırılmasına şərait yaradır.
Əlavə rahatlıq və sürücünün təhlükəsizliyi üçün proyeksiyalı informasiya ekranı  
Sükanaltı ötürməyə və “Step-up” yuxarı ötürməyə nəzarət sistemi ilə birgə "8-pilləli" CVT