Haqqımızda

"Mitsubishi" Avtomobil Mərkəzi



2006-cı il noyabrın 20-də "Diamond Motors" MMC ilə "Mitsubishi Motors" regional distribütoru arasında imzalanmış sazişə əsasən "Diamond Motors" MMC Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileri oldu. Sazişə əsasən, "Diamond Motors" MMC "Mitsubishi Motors"un yük maşınları və avtobusları da daxil olmaqla avtomobillərin bütün model sırasını satmaq hüququnu əldə etdi. 2006-cı il dekabrın 25-dən "Mitsubishi Motors" avtomobillərinin rəsmi satışlarına start verildi. Azərbaycandakı "Mitsubishi" Avtomobil Mərkəzi belə açıldı.

2006-cı ildən etibarən Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi və səlahiyyətli dileri səviyyəsində uğurla fəaliyyət göstərən "Diamond Motors" MMC müştərilərini artıq yeni ünvanda qarşılayacaq.

"Mitsubishi "3S" Beynəlxalq korporativ tələblərə və standartlara cavab verən yeni Avtomobil Mərkəzi Bakı-Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.

Azərbaycanda ən iri avtomobil mərkəzi olan yeni Mitsubishi Avtomobil Mərkəzində çoxsaylı və tələbkar zövqlü müştərilərin avtomobillərinin geniş və rahat parkinqi, yüksək peşəkarlıqla texniki servis xidmətinin göstərilməsi, eləcə də avtomobil sahiblərinin komfortlu istirahətinin təmin edilməsi üçün mükəmməl şərait yaradılıb.

"3S"Beynəlxalq standartına müvafiq Mərkəz, yəni, "Showroom" ("Ticarət salonu"), "Spare parts" ("Ehtiyat hissələri anbarı") və "Service" ("Servis") Mitsubishi avtomobili sahiblərinin tam çoxməqsədli istifadəsinə verilib.

Şirkətə məxsus Mitsubishi Avtomobil Mərkəzində müştərilərə yük maşınları və şəhər tipli şərnişin avtobusları da daxil olmaqla Mitsubishi avtomobillərin bütün model sırası təqdim edilməklə yanaşı, keyfiyyətli texniki servis, orijinal ehtiyat hissələri və aksessuarlar əldə etmək mümkündür.

Mitsubishi Avtomobil Mərkəzində əldə edilən bütün avtomobillərə 3 il və ya 100 000 km zəmanət verilir.

"Mitsubishi Motors" beynəlxalq tədris mərkəzində hazırlıq keçmiş yüksək peşəkar heyətimiz Mitsubishi avtomobillərinə keyfiyyətli texniki xidmət göstərilməsi və onların təmiri üçün zəruri avadanlıq və xüsusi alətlərlə təchiz olunub. Görülən işlər zamanı yalnız orijinal ehtiyat hissələrindən və istehsalçı tərəfindən tövsiyyə edlilən materiallardan istifadə olunur.

Hörmətlə,
Mitsubishi Avtomobil Mərkəzi.





Mitsubishi Motors



"Mitsubishi" konserni 1970-ci ildə "Mitsubishi Heavy Industries" avtomobil şöbəsi "Mitsubishi Motors Corporation"ə çevrilməzdən qat-qat əvvəl avtomobillər istehsal etməyə başlayıb.

Yaponiyada ilk seriyalı avtomobil 1917-ci ildə məhz "Mitsubishi" tərəfindən istehsal edilib və "Model-A" adlanıb. O vaxtlar avtomaşınlar "Mitsubishi"nin aviasiya sənayesi və gəmiqayırma şöbələri tərəfindən istehsal olunurdu.
"Mitsubishi" avtomobillərinin mühəndis kamilliyi və yüksək etibarlığı fəlsəfəsinin əsası məhz həmin dövrdə qoyulur. Hazırda "Mitsubishi Motors" dünyanın 32 ölkəsində 1,6 mln.-dan artıq avtomobil istehsal edən iri dünya istehsalçılarından biridir. "Mitsubishi" məhsulların geniş spektrini təklif edir - miniavtomobillərdən tutmuş ağır yük maşınları, avtobuslar və xüsusi kommersiya avtomobillərinədək.

"Mitsubishi"nin ralli tarixi təxminən 40 il əvvəl başlayıb. "Mitsubishi"nin ənənəvi olaraq liderlər sırasına çıxdığı klassik ralli (WRC) və offrouder ralli-reydlər üzrə dünya çempionatlarının gedişini "Mitsubishi Ralliart" saytında izləmək olar.
"Üç brilyant" - bu məşhur emblem ən sərt idman yarışları şəraitində öz etibarlığını təsdiq edib, "Mitsubishi"nin qabaqcıl texnologiyaları isə bütün dünyada tanınıb.

Avtomobil istehsalçısı kimi meydana çıxdığı gündən bəri 80 ildən artıq bir müddət ərzində "Mitsubishi Motors" həmişə olduğu kimi qabaqcıl mövqelərdədir və ən birinci "Mitsubishi" avtomobillərinin yaradıcılarından irsən keçən ilk yol açan ruhunu qoruyub saxlayır.

Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən "Mitsubishi" Avtomobil Mərkəzi avtomobillərin geniş model sırasını və keyfiyyətli texniki servis təklif edir, orijinal ehtiyat hissələrinin və aksessuarların təchizini təşkil edir.