Bu yaz Cenevrə avtomobil sərgisində nümayiş olunan Mitsubishi Engelberg Tourer konsept avtomobili dördüncü nəsil Outlander krossoverinin xarici görnüşünə işarə edir.
2020-ci ildə nümayiş ediləcək krossover ilk dəfə olaraq sınaqlarda görüldü və məlum oldu ki Outlander -in görünüşü Mitsubishi Engelberg Tourer konsept avtomobilinə çox yaxındır.
Konsep Outlander PHEV ilə eyni gücə malik bir hibrid idi.
İndiki nəsildə belə bir sistem mühərriki işə salmadan 65 km məsafəni təmin edən 135 at gücü 2.4 və iki elektrik mühərrikindən (82 və 95 at gücünə), habelə 13.8 kVt ∙ saat tutumlu bir batareyadan ibarətdir.
Benzin mühərriki, ön elektrik mühərriki ilə birlikdə yalnız ön oxu hərəkətə gətirir, arxa ox ön mühərrikdən asılı olmayaraq arxada yerləşən elektrik mühərrikdən hərəkətə gəlir.
Oxlar arasında mexaniki əlaqə yoxdur. Çox güman ki, yeni nəsildə, bütövlükdə PHEV modifikasiya sxemi eyni qalacaq, ancaq komponentlər dəyişə bilər.
Hibrid olmayan versiyalarda dəyişikliklər edilə bilər.
Hal hazırda Outlander 2.0, 2.4 və 3.0 həcmli mühərriklərlə təchiz olunur. Bu mühərriklər 150-227 at gücünə malikdir.
Növbəti Outlander Mitsubishi GS platformasından CMF-CD platformasına keçəcək.
CMF-CD platformasında həmçinin Renault-Nissan olduğuna görə yeni Outlander modeli ilə aralarında oxşarlıq ola bilər.

