Azərbaycan avtomobil bazarında uzun illərdir etibarlılığı və keyfiyyəti ilə seçilən Group Motors, rəsmi distribütor kimi minlərlə Mitsubishi istifadəçisinə xidmət göstərir. İndiyədək tətbiq olunan 3 il və ya 100 000 km zəmanət indi daha geniş imkanlarla davam etdirilir.
Yeni proqram sayəsində 10 il və ya 160 000 km-i keçməyən bütün Mitsubishi avtomobilləri əlavə zəmanətlə təmin olunur. Bu, zəmanət müddəti bitmək üzrə olan və ya artıq 3–5 ay əvvəl başa çatan avtomobil sahibləri üçün də böyük fürsətdir.
Müştərilərin büdcəsini və rahatlığını nəzərə alaraq əlverişli ödəniş planı təklif edilir:
- Zəmanət artımı – 75 AZN
- Növbəti dövrü texniki xidmət – 39 AZN
Əlavə zəmanətin əhatə etdiyi hissələr
- Mühərrik
- Sürət qutusu
- Ötürücü sistemlər (most)
- Elektronika
Bu mexanizm sayəsində sahiblər bahalı təmir xərclərindən sığortalanır və uzun müddət etibarlı sürüşdən həzz alırlar.
Proqram yalnız rəsmi distribütordan alınmış Mitsubishi modellərinə deyil, həm də ABŞ bazarından idxal olunmuş avtomobillərə şamil edilir. Bu, paralel idxal vasitəsilə avtomobil alan müştərilərə də rəsmi servis şəbəkəsinin üstünlüklərindən faydalanmaq şansı yaradır.
Group Motors üçün müştəri münasibətləri yalnız satış anı ilə məhdudlaşmır. Bizim əsas hədəfimiz uzunmüddətli güvən və məmnuniyyətin qorunmasıdır. Yeni zəmanət proqramı da məhz bu prinsiplə hazırlanıb və Mitsubishi sahiblərinə əlavə dəyər yaratmağı hədəfləyir.
Mitsubishi Satış və Servis Mərkəzi Bakı – Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir və həftəiçi hər gün müştərilərə xidmət göstərir. Əlaqə: 012 349 00 06