
Avtomobilinizin problemsiz və uzunömürlü işləməsini istəyirsiniz?
O zaman istehsalçının texniki xidmət reqlamentinə ciddi əməl etməlisiniz!
Reqlament nədir?
Bu, avtomobilinizdə müəyyən kilometr və ya zaman aralığında dəyişdirilməli olan texniki mayelər və hissələr üçün təqvimdir.
Mitsubishi reqlamenti niyə özəldir?
Mitsubishi mühəndisləri avtomobillərini müxtəlif iqlim və yol şəraitində test edərək, onun üçün ən uyğun texniki xidmət intervallarını müəyyən edirlər. Bu reqlament:
- Avtomobilin maksimum perfomansda işləməsini təmin edir
- Yanacaq sərfiyyatını optimallaşdırır
- Detalların ömrünü uzadır
- Təhlükəsizliyi artırır
- Avtomobilin ikinci əl dəyərini artırır
Reqlamentə riayət etməmək nəyə səbəb ola bilər?
- Mühərrikdə nasazlıq
- Transmissiya problemləri
- Əyləc sistemində təhlükə
- Soyutma sistemində nasazlıq
Avtomobilinizi peşəkarlara etibar edin, yarı yolda qalmayın.